Friends only

COMMENTS TO BE ADDED
![]() | You are viewing Log in Create a LiveJournal Account Learn more | Explore LJ: Life Entertainment Music Culture News & Politics Technology |

Unudulmuş.
Ağrı dolu dərin nəfəs aldım
Qəribə bir hiss könlümü aldı
Sanki ətrafda hər şey dayandı.
Ana sabahın xeir cavab yox.
Ata keyf əhval qarnın tox?
Hamı susur amma ağlayır.
Mənim beynim bunu anlamır
Güzgüyə baxdım amma o bom boş
Qardaşımı gördüm o naxoş.
Xoş sözlər yox ancaq qəm.
Hey aile axı bu mənəm
Gözüm divardaki şəkilə dəydi.
Qara çərçivədə üzüm gorsənirdi.
87 – 2009 her şey qaraldı
Ağrı sonsuz.
Göz dolu qussə urək dolu kədər.
Yaşadığım həyat nəyə dəyər.
Qurduğum heyat bir anda dağıldı.
Ölüm qapısı üzümə açıldı.
Döyünən ürək artıq bu bədəni isitmir.
Hər şey dayandı, mənə sual qaldı.
Döyünən ürək artıq bu bədəni isitmir
Hər şey dayandı mənə ölüm qaldı.
Gedirəm küçə ilə heç kim görmür
Mənim harayıma heç kim dönmür
Nə ölüm nə kədər mənə qaldı.
Hər şey ətrafda bir an qaraldı.
Saldı məni bu dərdə dövran
Hara baxdım gördüyüm yalan
Unudulmuş göz yaşlari bitdi.
Mənim adım kağızlarda itdi.
Qəbul etmədi cənnət məni
Dəhşətə gətirdim cəhənnəmi.
Ona görə ruhum öz yerini tapmir
Əbədi həyatda yerini almır.
Döyünən ürək artıq bu bədəni isitmir.
Hər şey dayandı, mənə sual qaldı.
Döyünən ürək artıq bu bədəni isitmir
Hər şey dayandı mənə ölüm qaldı.
Mən sadəcə yaşamaq istəyirdim həyat məndən imtina etdi.
Bu həyat məni qəbul etmədi, Yenədə dərdim məni ölümə çəkdi.